Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Damla: “Əlini uzadırsan, qolunu aparırlar”

Damla: “Əlini uzadırsan, qolunu aparırlar”

Tarix: 31 Yanvar 2024 07:35

"Şou-biznes aləmində yoxam. Nə bir ad gününə gedirəm, nə hansısa şənliklərə. Hərdən deyirlər ki, oğluna toy eləsən, kim gələcək? Deyirəm, elə gözəl olacaq ki... Guya o toyda məşhurlar olmasa, nə olacaq ki? Mənim bu aləmdə dostum yoxdur, ancaq həmkarlarım var".

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Damla deyib.

O bildirib ki, heç bir qalmaqalın içində olmaq istəmir:

"Mən nə qul haqqına girmək istəyirəm, nə də kiminləsə qalmaqal arzusundayam. Əlini uzadırsan, qolunu aparırlar. Ona görə hamıdan uzaq, rahat həyat yaşayıram".

Milli.Az


Etiketlər:  Damla Əlini uzadırsan qolunu aparırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ