Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Çində ticarət evi açacaq

Azərbaycan Çində ticarət evi açacaq

Tarix: 13 Noyabr 2019 17:24

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan Çində ticarət evinin yaradılması barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, razılaşma ikinci Çin beynəlxalq idxal sərgisi zamanı əldə olunub.

Sərgi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə Veynan iqtisadi və texnoloji inkişaf zonası və “Xian Camel Guest e-Commerce Co.Ltd” şirkəti arasında Şensi əyalətinin Veynan şəhərində ticarət evinin yaradılması barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan başqa, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Çinin Ticarət Nazirliyi nəzdində Ticarətin İnkişafı Bürosu və Şanxayın Xarici İnvestisiyaların İnkişaf Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Sərgi zamanı 26 Azərbaycan şirkətinin məhsulları təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Çində ticarət açacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ