Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Saymon Stil ilə görüşdü

Ceyhun Bayramov Saymon Stil ilə görüşdü

Tarix: 1 Fevral 2024 19:39

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

XİN-dən Milli.Az-a bildirilib ki, görüşdə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb.

Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən, təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub.

İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik tərəfindən yaxından töhfə veriləcəyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Saymon Stil ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ