Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 21:22
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması bu ölkənin suveren hüququdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bizim üçün vacibdir ki, bu cür qərarlar dəyər verdiyimiz və daha da inkişaf etdirəcəyimizə ümid etdiyimiz ikitərəfli münasibətlərə mənfi təsir göstərməsin", - o bildirib.
Qeyd edək ki, bugündən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olub.