Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 22:32
Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi. Çünki belə bir məsələ yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik də yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiyanın payına düşürdü. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə ola bilməz", - deyə hökumət başçısı bildirib.