Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 13:22
İstanbulda Santa Maria kilsəsində baş verən silahlı insidentdən sonra saxlanılan 25 nəfər həbs edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X" hesabında paylaşıb.
Həbs olunanlar arasında Rusiya vətəndaşı da var. Onların İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir.
Məsələ ilə bağlı saxlanılan daha 9 nəfər isə sərbəst buraxılıb.
Xatırladaq ki, İstanbulda kilsəyə silahlı hücum yanvarın 28-i səhər saatlarında baş verib. İki nəfər maskalı şəxs kilsədə dua mərasimi zamanı atəş açıb. Nəticədə 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub. İŞİD terror təşkilatı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.