Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Siti” “Bavariya”dan iki oyunçu transfer edə bilər

“Mançester Siti” “Bavariya”dan iki oyunçu transfer edə bilər

Tarix: 4 Fevral 2024 19:26

"Mançester Siti"nin mümkün yay transfer hədəfləri haqqında məlumat yayılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, ilk hədəf "Jirona"da icarə əsasında çıxış edən "Trua" klubunun futbolçusu Saviodur.

Hər iki klub "City Football Group" sisteminin bir hissəsidir, ona görə də 19 yaşlı braziliyalının transferini reallaşdırmaq asan olacaq.

"Şəhərlilər" həmçinin "Bavariya"nın iki futbolçusu - 28 yaşlı Coşua Kimmix və 20 yaşlı Camal Musiala ilə də maraqlanırlar. Birincinin müqavilə müddəti 2025-ci ilin yayında, ikincinin isə 2026-cı ilin yayında başa çatır.

Kimmix yanvarda münhenlilərlə müqaviləsini yeniləməkdən imtina edib. Lakin mövsümün sonunda bunu edə bilər.

Milli.Az


Etiketlər:  Mançester Siti Bavariyadan iki oyunçu transfer edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ