Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehrandan porno ulduzun İrana səfərinə reaksiya - FOTO

Tehrandan porno ulduzun İrana səfərinə  reaksiya - FOTO

Tarix: 5 Fevral 2024 15:24

Mənim bu səfərdən xəbərim yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın məşhur porno ulduzu Uitni Raytın Tehrana səfəri barədə danışarkən deyib.

"Mən bu şəxsin səfərindən xəbərdar deyiləm. Xarici ölkə vətəndaşlarının səfərləri Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilmir. ABŞ vətəndaşlarının İrana səfərinə maneə olan heç bir qadağa yoxdur", - o bildirib.

Qeyd edək ki, ABŞ-ın məşhur porno ulduzu, aktrisa Uitni Rayt Tehrana səfər edib. Onun ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısında çəkdirdiyi hicablı fotoları birmənalı qarşılanmayıb.

Milli.Az


Etiketlər:  Tehrandan porno ulduzun İrana səfərinə reaksiya FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ