Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brilliant efirə zəng edərək göz yaşı tökdü: “Onu görəndə...” – VİDEO

Brilliant efirə zəng edərək göz yaşı tökdü: “Onu görəndə...” – VİDEO

Tarix: 6 Fevral 2024 09:55

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ehtiram Hüseynov üçün göz yaşı axıdıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Ehtiramı "Elgizlə izlə" ictimai-sosial verilişində görən Brilliant canlı efirə zəng edib. 

Hüseynovun ifasından heyranlığını ifadə edən Dadaşova telefonda ağlayaraq bu sözləri dilə gətirib: 

"Ehtirama verdiyiniz diqqətə görə çox sağ olun. Bütün müğənnilər qəlblərə yol tapa bilir (ağlayır)... Ehtiramı görəndə pis oluram. Biz bir xalq olaraq, mədəni cəmiyyət olaraq Ehtiram kimi sənətkarlarımıza dəyər, qiymət verməliyik. Ehtiram bizi düşündürə bilir. O bizim yadımıza salır ki, ruhumuz var. O bizim ruhumuzu dilləndirir. Onun ifasını göz yaşı tökmədən dinləyə bilmirəm". 

Ehtiram Brilliantın bu sözlərindən təsirlənərək "Çox sağ olun, Brilliant xanım" qısa şərhini bildirib. 

Qeyd edək ki, E.Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.  

Milli.Az


Etiketlər:  Brilliant efirə zəng edərək göz yaşı tökdü Onu görəndə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ