Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir ildə adını, ata adını dəyişənlər - Statistika

Bir ildə adını, ata adını dəyişənlər - Statistika

Tarix: 6 Fevral 2024 20:54

Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.

"2023-cü il ərzində qeydiyyat orqanlarında 2.492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.

Müraciət edən 43.862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb", - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Milli.Az


Etiketlər:  Bir ildə adını ata adını dəyişənlər Statistika


RƏYLƏR