Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonlarımızın cinsi həyatımızda hansı yan təsirləri var? - ARAŞDIRMA

Smartfonlarımızın cinsi həyatımızda hansı yan təsirləri var? - ARAŞDIRMA

Tarix: 8 Fevral 2024 05:06

Aparılan araşdırmalar göstərir ki, müasir dövrdə cütlüklər arasında cinsi narazılıq smartfonlardan qaynaqlana bilər. Səhər gözümüzü açan kimi əlimizə ilk aldığımız, yatmağa gedərkən belə ekrana baxdığımız bu cihazlar bizdə demək olar ki, asılılıq yaradıb.

Smartfonlar həyatımızı bir çox cəhətdən asanlaşdıran texnologiyalar olsa da, tədricən bir çox şeyin həyatımızda arxa plana keçməsinə səbəb olur.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Durham Universitetində aparılan bir araşdırmaya görə, insanlar həyat yoldaşları deyil, ağıllı cihazların verdiyi məlumatlara daha çox aldanır. İngiltərədə məşhur bir prezervativ markasının 15 cütlüklə apardığı araşdırmanın nəticələri isə bu kontekstdə son dərəcə dramatikdir. Müsahibəyə əsaslanan bu araşdırmaya qatılan cütlərin 40%-i smartfon və ya planşet istifadəsi səbəbiylə cinsi əlaqəni təxirə saldıqlarını bildirib. Tədqiqata qatılan cütlüklərin əksəriyyəti cinsi əlaqə zamanı sosial media bildirişlərinə və ya telefonlarına gələn mesajlara daha sürətli cavab vermək üçün tələsdiklərini bildirir. Yenə də iştirakçıların üçdə biri gələn zəngə cavab vermək üçün münasibətləri yarımçıq qoyub getdikləri vaxtlar olduğunu bildirib. Araşdırmanın digər nəticəsi isə cütlüklərin dörddə birinin cinsi əlaqəni smartfonlarına qeyd etməsidir. 40% fotoşəkil çəkdirdiklərini, sonra fotoşəkillərə baxdıqlarını deyib. Əslində bu o qədər də təəccüblü olmamalıdır. Məşhurların şəxsi fotolarının ələ keçirilməsi ilə bağlı xəbərlər illərdir gündəmdədir. Ola bilsin ki, bəziləri məşhur olmağa meylli olduqları üçün belə nisbətən marjinal situasiyaları yaşamalarının normal olduğunu düşünə bilər. Amma bu da bir həqiqətdir ki, müasir dövrün hər bir fərdi üçün smartfon həyatının hər anında aparıcı rol oynayır. Hətta, smartfonlar müasir romantik münasibətlərin mərkəzindədir.

Sosial media şişirdildikdə sevinc deyil, bədbəxtlik gətirir

Telefonlar həyatın mərkəzinə çevrildikcə, ondan istifadə vaxtımız da getdikcə artır. Bu da özü ilə stress və gərginlik gətirir. Necə? Smartfonlarımızda ən çox vaxt keçirdiyimiz platformalar sosial şəbəkələrdir. Xüsusilə də sosial mediadan həddindən artıq istifadə insanı o andan, ətrafdan və həyatın ləzzətlərindən ayırır. Yeməkdən sonra və ya işdən ara verərək baxmağa vaxt ayırdığımız sosial medianın əslində bizi xoşbəxt deyil, bədbəxt etdiyi elmi həqiqətdir.

Hər şeydən əvvəl sosial media minlərlə müxtəlif paylaşımlar arasında kontekst qurmağa çalışan və yerdən yerə vurulan zehnimiz üçün çoxşaxəli effekt yaradır. Digər tərəfdən, zehnimizin əsas bacarıqları üçün yanlış istifadə mühiti də təmin edir. Məsələn, İnstaqramda dostunun tətil fotolarına baxarkən analiz etmək qabiliyyətindən istifadə edən ağıl qısqanclıq hiss də edə bilər. Bütün bunlar həyat keyfiyyətimizi aşağı salır və biz bədbəxt oluruq. Ən əsası isə biz bu bədbəxtlik halını ilk növbədə özümüzə ən yaxın olanlara əks etdiririk. Təbii olaraq, cinsi həyatımız da bundan öz payını alır. Bu mənfi mənzərədə təkcə sosial media deyil, smartfonlardan həddindən artıq istifadə etməyimizə səbəb olan oyunlardan, onlayn alış-verişə qədər bir çox asılılığımız da rol oynayır.

Hətta yatarkən smartfonlarımız bizimlədir

Məsələn, smartfonumuzu yatdığımız otağa aparmaq çoxumuzun etdiyi bir işdir. ABŞ-ın texnologiya şirkəti "Asurion" tərəfindən aparılan araşdırmaya görə, 2 min iştirakçının dörddə üçü gecə yatarkən smartfonlarını özləri ilə apardıqlarını və bunun nəticəsində cinsi həyatlarının pisləşdiyini etiraf edirlər. Eyni araşdırmaya görə, iştirakçıların dörddə biri yuxuya məhz telefon ekranına baxarkən getdiklərini deyir. 93% isə yatarkən telefonlarının çarpayısının yanında olduğunu deyir. Bu araşdırmanın ən dramatik nəticələrindən biri də partnyoru ilə cinsi əlaqədə olmaq əvəzinə telefonunu yataq otağına aparıb smartfonlarına baxanların nisbətinin iki qat artmasıdır. Baylor Universiteti Hankamer Biznes Məktəbinin yeni araşdırması da smartfonunuzun partnyor və ya həyat yoldaşınızla münasibətinizə vurduğu zərərə diqqət çəkir. Digər tədqiqatlar kimi, ABŞ-da 453 nəfərin iştirakı ilə həyata keçirilən bu araşdırma, müasir dünyada smartfon istifadəsinin həyat yoldaşınızla keyfiyyətli vaxt keçirməyin ən mühüm maneəsi olduğunu ortaya qoyur.

Hər şeydən əvvəl smartfonunuzun cinsi həyatınıza mənfi təsir etdiyini anlayın.

Smartfonların cinsi həyata təsirindən danışarkən bir məqamı da vurğulamaq lazımdır. Əslində, ekspertlər video və ya fotoşəkillərin cinsi əlaqəni stimullaşdırdığını və uzunmüddətli əlaqələrdən qaynaqlanan cansıxıcılığı aradan qaldırdığını söyləyirlər. Amma, bunu ağıllı şəkildə və şəxsi məlumatlarımızın təhlükəsizliyini nəzərə alaraq etmək çox vacibdir. Əks halda, ümumiyyətlə, istəmədiyimiz vəziyyətlərlə qarşılaşa bilərik.

Bəs həll yolu nədir?

Təbii ki, həll yolu smartfonu həyatımızdan tamamilə çıxarmaq deyil. İlk növbədə, smartfonların həyatımıza təsiri haqqında məlumat əldə etmək lazımdır. Arizona Universitetinin psixologiya professoru David Sbarra, "Perspectives on Psychological Science" jurnalında bu yaxınlarda dərc olunan məqaləsində diqqətimizi smartfonlardan yayındırdıqca ətrafımıza verdiyimiz diqqət və səmimiyyətin də azaldığını vurğulayır. İlk növbədə bunu dərk etmək çox vacibdir. Bu nöqteyi-nəzərdən həyatdan daha çox həzz almaq istədiyimiz zaman, məsələn, dostlarımızla görüşəndə, bəyəndiyimiz bir restoranda yemək yeyəndə və ya romantik anlar keçirdikdə, ən yaxşısı telefonu gözümüzdən uzaq tutmaq və ya imkan varsa söndürməkdir.

Milli.Az


Etiketlər:  Smartfonlarımızın cinsi həyatımızda hansı yan təsirləri var ARAŞDIRMA


RƏYLƏR