Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2,5 milyardı mənimsəyən iş adamı arvadı ilə xaricə qaçarkən tutuldu - FOTO

2,5 milyardı mənimsəyən iş adamı arvadı ilə xaricə qaçarkən tutuldu - FOTO

Tarix: 8 Fevral 2024 11:38

İzmirdə minlərlə insandan yüksək faiz vədi ilə 2,5 milyard lirə topladığı deyilən "Ocakçı Holdinq"in sahibi iş adamı Sedat Ocakçı həyat yoldaşı Seçilayla birlikdə Adanada gizləndikləri iqamətgahda ələ keçib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, cütlük qeyri-qanuni yollarla xaricə qaçmağa hazırlaşıb.

Əməliyyatda saxlanılanların sayı 26-ya yüksələrkən, Sedat Ocakçının 2019-cu ildə Türkiyə Silahlı Qüvvələrindən qovulan baş leytenant olduğu üzə çıxıb.

Məlumata görə, Yozqatda pilotsuz uçan aparat fabriki quracağı vədi ilə tanınan "Ocakçı Holdinq"lə bağlı əməliyyata başlanılıb.

İzmir Respublika Prokurorluğunun təlimatı ilə minlərlə adamdan 2,5 milyard lirə pul yığdığı deyilən, iş adamınnı da olduğu 30 nəfər haqqında həbs qərarı çıxarılıb.

Sedat Ocakçı, qardaşı oğlu Kiber Təhlükəsizlik Mütəxəssisi Salih Hanın holdinqə məxsus 2 milyard 500 milyon lirə ilə Dubaya qaçdığını iddia etmişdi.

Pulları geri ödəyəcəyini deyən iş adamı Sedat Ocakçının bir həftədir yoxa çıxdığı bildirilərkən, pulun aylıq 17 faiz vədi ilə yığıldığı və bununla da böyük qazanc əldə edildiyi öyrənilib.

Həmçinin məlumata görə, şirkətin binasının girişindəki lövhələr sökülərək binanın üzərinə icarəyə verilir pankartı asılanda zərərçəkənlər də üzə çıxıb. Evlərini və maşınlarını satan, kredit götürən və əllərində olan pulu təhvil verən zərərçəkənlər dünən Çiğli rayonunda "Hira Məsləhətçi Təlim və Proqram təminatı" şirkətinin qarşısına toplaşıblar.

Milli.Az


Etiketlər:  25 milyardı mənimsəyən adamı arvadı ilə xaricə qaçarkən tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ