Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2024 14:51
Prezidentliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev İlham Əliyevə zəng ediblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hər iki namizəd İlham Əliyevi qələbə münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.