Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-cü ilin ən yaxşı vəhşi heyvan fotosu seçildi

2023-cü ilin ən yaxşı vəhşi heyvan fotosu seçildi

Tarix: 9 Fevral 2024 23:16

59-cu dəfə keçirilən "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində izləyicilər tərəfindən seçilən ən yaxşı vəhşi təbiət fotoşəkilləri açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müsabiqənin saytında məlumat verilir.

2023-cü il müsabiqəsinə təqdim edilən bütün fotoşəkillər arasında britaniyalı fotoqraf Nima Sarihanın işi "Xalqın Seçimi Mükafatı"na layiq görülüb.

Onun fotosunda aysberqdə sakit yatmış qütb ayısı əks olunub. Fotoqraf Norveçin Şpitsbergen arxipelaqı yaxınlığında qatı dumanda üç gün ərzində heyvanı izləyib. Sarıhan deyib ki, ayı yuxuya getməzdən əvvəl güclü pəncələri ilə yatağını düzəldib.

Tamaşaçılar müsabiqəyə təqdim olunmuş 75 mindən çox əsər arasından 25 ən yaxşı fotonu seçiblər.

Milli.Az


Etiketlər:  2023 ilin ən yaxşı vəhşi heyvan fotosu seçildi


RƏYLƏR