Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 13:51
Bakı. Trend:
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21099" və "Hyundai Coupe" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd "Nemiroff", "Finlandia" və 20 ədəd "Koskenkorva Vodka" markalı spirtli içkilər aşkarlanıb
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin