Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatdan təklif - “Startup”lara vergi güzəştləri tətbiq edilsin

Deputatdan təklif - “Startup”lara vergi güzəştləri tətbiq edilsin

Tarix: 14 Noyabr 2019 14:12

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin iqtisadiyyatın daha sürətlə inkişafı və sahibkarlığın genişlənməsinə töhfə verəcəyinə şübhə yoxdur.

Trend-in məlumatına görə, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda qısa bir müddət ərzində vergilər sahəsində böyük işlər görülüb, sahibkarlar üçün geniş imkanlar yaranıb:

“Bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan da təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur.

Burada məsələ qaldırıldı ki, elm və təhsil, səhiyyə, eyni zamanda digər sahələrlə bağlı ölkədə istehsal edilməyən, ancaq xaricdən gətirilən avadanlıqlar var ki, bunlara böyük vergilər qoyulmuşdu. Müvafiq məsələhətləşmələrdən sonra qanunvericilikdə dəyişiklik edildi və bu cür avadanlıqların ölkəyə gətirilməsinə güzəştli müddətlər müəyyən edildi. Bu güzəştlər 7 il müəyyən edilmişdi, indi isə 10 il təklif edilir. Bu, olduqca vacib olan bir məsələdir.

Digər bir məsələ odur ki, Azərbaycanda “startup”lar həyata keçirilir. Bu “startup”lar iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır. Bu baxımdan hesab edirəm ki, nəzərdə tutulan güzəştlər o sahələrə də tətbiq edilsin”.

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyev vaxtilə yüksək texnologiya bilikləri tələb edən sahələri, kondisioner və digər zavodların tikintisini Azərbaycana gətirməsəydi, o sahələrdə alimlər yetişməsəydi, konstruktor-təcrübə laboratoriyaları yaradılmasaydı, bu gün Azərbaycanın müdafiə qabiliyyətini öz hesabına təmin edə biləcək işlərin görülməsi mümkün olmazdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputatdan təklif Startuplara vergi güzəştləri tətbiq edilsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ