Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbii fəlakət 37 nəfərin həyatına son qoydu

Təbii fəlakət 37 nəfərin həyatına son qoydu

Tarix: 11 Fevral 2024 13:26

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli məmur Edvard Makapiliyə istinadən xəbər verir.

Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

Milli.Az


Etiketlər:  Təbii fəlakət nəfərin həyatına qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ