Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 07:24
Kot-d'İvuar ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunun qalibi olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, Emers Faenin yetirmələri finalda Nigeriya millisi ilə qarşılaşıb.
Qarşılıqlı qollarla yadda qalmış matç meydan sahiblərinin əzəli qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanın hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıb. İkinci hissədə isə Kot-d'İvuar millisi geridönüş edə bilib: 62-ci dəqiqədə "Əl-Əhli"nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib, 19 dəqiqə sonra isə "Borussiya Dortmund"da çıxış edən Sebastyen Alle fərqlənərək yekun hesabı müəyyənləşdirib - 1:2. Kot-d'İvuarın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra edib.
Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.
Qeyd edək ki, Kot-d'İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.