Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş katib: Bu, Türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfədir

Baş katib: Bu, Türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfədir

Tarix: 12 Fevral 2024 16:45

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev yenidən prezident seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda dövlətimizin başçısının seçkilərdəki qələbəsinin Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinin bariz göstəricisi olduğunu vurğulayan Baş katib qeyd edib: "Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş, regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir".

Məktubda, həmçinin bildirilib ki, Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəm, Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması Türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.

Sonda TDT-nin Baş katibi dövlətimizin başçısına möhkəm cansağlığı arzu edib, Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni uğurlar diləyib.

Milli.Az


Etiketlər:  Baş katib Bu Türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ