Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Tarix: 14 Noyabr 2019 17:03

Bakı. Trend:

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


Etiketlər:  Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib


RƏYLƏR