Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO)

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO)

Tarix: 14 Noyabr 2019 17:48

Bakı. Trend:

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) layihə həyata keçirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən tərtib olunan layihənin işçi qrupuna Agentliyin və “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi”nin (İctimai Birlik) nümayəndələri daxildirlər.

“Tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması” üzrə işçi qrupunun məqsədi ölkəmizdəki klinik diaqnostik laboratoriyaların müasir standartlar əsasında fəaliyyət göstərməsini təmin etmək və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nəzarət mexanizmini gücləndirməkdir. Layihə çərçivəsində tibb müəssisələrindəki laboratoriyaların səviyyələrə bölünməsi, səviyyələr üzrə göstəriləcək laboratoriya xidmətlərinin siyahısı və kodlarının hazırlanması, eyni zamanda kadr potensialının qiymətləndirilməsi nəzərdə tutulub.

Layihə müddətində həmçinin işçi qrupu tərəfindən tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təlim keçirilir. Bir ay ərzində davam edəcək təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəran şəhərlərinin, o cümlədən Şamaxı, Göyçay, Quba, Cəlilabad və Ağcabədi rayonlarının tibb heyəti iştirak edir. Təlim nəzəri və praktik olmaqla iki hissədən ibarətdir. Nəzəri hissə Talassemiya Mərkəzində, praktik hissə isə sözügedən Mərkəzlə yanaşı, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında və həmin universitetin Onkoloji Klinikasında keçirilir.

Agentliyin Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri, işçi qrupun rəhbəri Firəngiz Əliyeva təlimin açılışında bildirib ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən laboratoriyaların olması üçün vahid məlumat bazasının yaradılması, nəticədə laborator xidmətlər üzrə statistik məlumatların toplanılması və düzgün müalicə üsullarının tətbiqi zəruridir.

İctimai Birliyin İdarə Heyəti sədrinin müavini, işçi qrupun üzvü Ramin Bayramlı tibb heyətinə laborator test nəticələrinin düzgünlüyü üçün avadanlıqlardan istifadə mexanizmləri və prosesə nəzarət qaydaları barədə məlumat verib.

Qeyd edək ki, təlim müddətində iştirakçılara laborator diaqnostikada informasiya texnologiyalarının tətbiqinə dair vərdişlər öyrədilir.

Təlimin ilk günündə iştirakçılara müasir elmi kitablar və tədris materialları təqdim olunub.

Layihənin növbəti mərhələlərində təlimə respublikanın digər regionlarının tibb müəssisələrinin laboratoriyalarında çalışan tibb heyəti də dəvət ediləcək.

Təlimdə iştirakçılara sertifikat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO) İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək (FOTO)


Etiketlər:  İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ