Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan İnvestisiya Holdinqinə "BakuBus"la bağlı yeni səlahiyyət verildi

Azərbaycan İnvestisiya Holdinqinə

Tarix: 15 Fevral 2024 13:33

Prezident İlham Əliyev "BakuBus" MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Azərbaycan İnvestisiya Holdinqinə BakuBusla bağlı yeni səlahiyyət verildi


RƏYLƏR