Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 22:46
Rusiyanın paytaxtı Moskvada 22 yaşlı gənci vanna otağında elektrik cərəyanı vuraraq ölüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə fevralın 15-də Korneyçuk küçəsində baş verib.
Onun meyitini 38 yaşlı əmisi hamamda huşsuz vəziyyətdə tapıb. Çaşqınlıq içində olan kişi qohumuna ilkin tibbi yardım göstərmək istəyərkən telefonla dostundan təcili yardım çağırmasını istəyib.
Məlum olub ki, gənc oğlan çimərkən onun smartfonu şəbəkəyə qoşulu olub və yıxıldığı zaman suya düşüb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər.