Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 13:44
Portuqaliya təmsilçisi "Braqa"nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la oyunundakı məğlubiyyətdən sonra futbolçulara sərt söhbət edib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, klub rəhbəri ciddi narazılığı üzündən görüşdən dərhal sonra soyunub-geyinmə otağına yollanıb.
O, əsəbi halda futbolçuların qarşısına tələblər qoyub. Salvador onlardan özünəinam, klub dəyərlərinə hörmət və uğursuz oyunlara son qoymağı istəyib.
Klubun prezidenti "Farense" ilə çempionat matçı və "Qarabağ"la Bakıdakı görüşlərdə yaxşı nəticə qazanmalı olduqlarını bildirib. Salvadorun soyunub-geyinmə otağına gözlənilməz gəlişi baş məşqçi Artur Jorjenin oyunsonrası mətbuat konfransına gecikməsinə səbəb olub.
Qeyd edək ki, "Qarabağ" Portuqaliyada 4:2 hesablı qələbə qazanıb.