Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 22:06
HƏMAS hərəkatının Qəzza zolağında saxladığı israilli girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardakı vəziyyətio qədər də ürəkaçan deyil.
Axar.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.
"Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqların humanitar hissəsində bəzi fikir ayrılıqları qalmaqdadır və vaxt bizim tərəfimizdə deyil. Son bir neçə gündə danışıqlarda vəziyyət o qədər də ürəkaçan deyil", - nazir bildirib.