Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marvel “Fantastik dördlük” filminin çıxış tarixini və aktyor heyətini açıqdı

Marvel “Fantastik dördlük” filminin çıxış tarixini və aktyor heyətini açıqdı

Tarix: 18 Fevral 2024 18:30

"Marvel" studiyası "Fantastic Four" (Fantastik Dördlük) filminin aktyor heyətini və buraxılış tarixini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Fantastik Dördlük" filminin çəkilişlərinin 2024-cü ilin üçüncü rübündə başlanması, 25 iyul 2025-ci ildə isə premyerası planlaşdırılır. Filmin rejissoru Mett Şekman olacaq.

Qeyd edək ki, filmdə superqəhrəman komandasının lideri "Rid Riçards"ın rolunu "Bizdən biri" serialı ilə tanınan, "Emmi" mükafatına üçqat namizəd Pedro Paskal oynayacaq. "Tac"ın ulduzu Vanessa Kirbi filmdə "Syü Ştorm" (Gözəgörünməz qadın) obrazını canlandıracaq. "Çox qəribə işlər" serialı ilə şöhrət qazanan Koko Kuinn "Conni Ştorm" (Alov kişi), "Emmi" mükafatı qalibi Ebon Moss-Bakrak isə "Ben Qrimm" (Məxluq) rolunu oynayacaqlar.

Milli.Az


Etiketlər:  Marvel Fantastik dördlük filminin çıxış tarixini aktyor heyətini açıqdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ