Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ prezidentliyinə namizəd Ukraynaya ordu göndərilməsini istisna etməyib

ABŞ prezidentliyinə namizəd Ukraynaya ordu göndərilməsini istisna etməyib

Tarix: 18 Fevral 2024 21:52

"ABŞ Ukraynaya ordu göndərməmək üçün yeni yardım paketini təsdiqləməlidir".

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi irəli sürən Nikki Heyli "ABC" telekanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşun istəmir, Kiyev bu münaqişədə qalib gəlmək üçün sadəcə texnika və sursat istəyir.

"Onların çoxlu döyüş gücü var, biz onlara lazım olanı verməliyik ki, qələbə qazana bilsinlər ki, hər hansı bir qoşunumuzun göndərilməsinin qarşısını ala bilək".

Heyli həmçinin qeyd edib ki, ABŞ prezidenti Cozef Bayden amerikalılara Kiyevə maliyyə dəstəyinin vacibliyini izah etməlidir.

"Konqres uğursuzluğa düçar olur, çünki deyirlər ki, Ukrayna, İsrail və sərhəd təhlükəsizliyi arasında seçim etməlisən. Onlar Amerika xalqına yalan danışırlar. Bu, yanlış fikirdir. Biz hər ikisini edə bilərik".


Etiketlər:  ABŞ prezidentliyinə namizəd Ukraynaya ordu göndərilməsini istisna etməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ