Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyanın müdafiə naziri İlham Əliyevi təbrik edib

İtaliyanın müdafiə naziri İlham Əliyevi təbrik edib

Tarix: 19 Fevral 2024 14:33

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: "Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik".

Milli.Az


Etiketlər:  İtaliyanın müdafiə naziri İlham Əliyevi təbrik edib


RƏYLƏR