Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Musadan İsveç kubokuna uğurlu start

Musadan İsveç kubokuna uğurlu start

Tarix: 20 Fevral 2024 09:40

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunun qrup mərhələsində ilk oyununu keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi "Yurqorden" öz meydanında "Şkovde"yə qalib gəlib.

Oyun Musanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.

"Yurqorden" növbəti matçda "Yunayted Nordik"lə səfərdə üz-üzə gələcək. Oyun fevralın 25-də baş tutacaq. Qrupun son görüşündə Qurbanlının komandası martın 3-də "Göteborq"un qonağı olacaq.

Qeyd edək ki, kubokun reqlamentinə görə, qrupda yer alan 4 komanda öz arasında 1 dəfə qarşılaşacaq. Yalnız qrup qalibləri növbəti mərhələyə yüksələcək.

Milli.Az


Etiketlər:  Musadan İsveç kubokuna uğurlu start


RƏYLƏR