Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Venesuela lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Venesuela lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 20 Fevral 2024 18:27

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram.

Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk. Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyıni təsdiqləyən bariz bir qələbədir.

Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimızı Sizə çatdırırıq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm".

Milli.Az


Etiketlər:  Venesuela lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ