Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 20:30
Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar ağır xəstəlikdən əziyyət çəkir.
Sonxeber.net bildirir ki, aktyorun oğlu Rövşən Quliyev Axşam.az-a açıqlama verərək, anasının vəziyyətindən danışıb. O bildirib ki, anasının dərmanları çox bahadır:
"Anam qaraciyərindən əziyyət çəkirdi. 10 gündür ki, insult keçirib. Sol tərəfi - ayaq və əl işləmir. Müalicəsi evdə gedir. Atam xəstəxanada dünyasını dəyişdi, ona görə də anamın müalicəsini evdə edirik. Həkimlər gəlib evdə baxır. Dərmanları almağa gücümüz çatmır, atamın dostları yardım edir".
R.Quliyev atasından qalan evi satmalarına da aydınlıq gətirib. O bildirib ki, mənzili anasının xəstəliyinə görə satmayıblar:
"Daha böyük ev almışıq, ona görə satdıq".