Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaan'' ilk uçuşunu həyata keçirdi

''Kaan'' ilk uçuşunu həyata keçirdi

Tarix: 21 Fevral 2024 12:16

Türkiyənin milli döyüş təyyarəsi olan "Kaan" ilk uçuşunu həyata keçirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb.

Qeyd edək ki, "Kaan" Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Xatırladaq ki, Rusiya "Kaan"ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.


Etiketlər:  Kaan uçuşunu həyata keçirdi


RƏYLƏR