Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Tarix: 21 Fevral 2024 17:00

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Milli.Az


Etiketlər:  Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb


RƏYLƏR