Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir vaxtlar küsülü olan Xatirə və Afaq bir arada - FOTO

Bir vaxtlar küsülü olan Xatirə və Afaq bir arada - FOTO

Tarix: 22 Fevral 2024 20:55

Bir vaxtlar aralarında qalmaqal yaşanan aparıcı Afaq Gəncəli və müğənni Xatirə İslam bir araya gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar müğənni Sevda Yahyayevanın övladları üçün etdiyi məclisdə görüşüblər. Afaq və Xatirənin birlikdə çəkilən fotosu sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, Afaq və Xatirə arasında qalmaqala səbəb aparıcının efirə çıxmaq üçün qonorar tələb edəcəyini deyən ifaçını tənqid etməsi olub. 

" Adama deyərlər, ayağını yorğanına görə uzat. Əgər efirdən pul istəyirsənsə, onda niyə toylara gedirsən? Toy müğənnisi olma, otur evində, efirdən pul al və çıx oxu" deyə, Afaq açıqlamasında deyib. 

Afaqın bu sözlərinə isə Xatirə sərt reaksiya vermişdi. 

Milli.Az


Etiketlər:  Bir vaxtlar küsülü olan Xatirə Afaq bir arada FOTO


RƏYLƏR