Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Avropanın “Top-11”də - CƏDVƏL

Azərbaycan Avropanın “Top-11”də - CƏDVƏL

Tarix: 23 Fevral 2024 19:30

Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi başa çatdıqdan sonra avrokubokların 1/8 finalçılarının tam tərkibi müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, artıq bu mərhələnin ilk oyunlarına yekun vurulduğu Çempionlar Liqası da daxil olmaqla üç turnirin kuboku uğrunda mübarizəni 48 komanda davam etdirir.

UEFA-ya üzv olan 55 ölkədən 54-nün qatıldığı mövsümdə yalnız 19 assosiasiyanın təmsilçiləri kuboklara iddiasını qoruyur. 35 ölkə üçün isə mövsüm artıq başa çatıb.

Yoluna davam edən "19-luq"da Azərbaycan da var. Ölkəmiz Avropa Liqasında "Qarabağ"la təmsil olunur.

Bu 19 ölkədən səkkizi üçüncü dərəcəli turnir olan Konfrans Liqasına ümidlidir. Qitənin ən güclü 2 turnirində təmsilçisi qalanların sayı isə 11-dir. Azərbaycan da bu köklü turnirlərin iştirakçıları sırasında olan "Top-11"dədir. Çempionlar Liqasında isə yalnız 8 ölkənin komandaları qalıb.

Çempionlar Liqasında isə İspaniya təmsilçiləri üstünlük təşkil edir - 4 klub. Bütün komandaları yoluna davam edən İtaliya 7 klubu kuboklar üçün mübarizə aparır. Yalnız üç ölkə - İtaliya, İngiltərə və Fransa hər üç turnirdə kuboka iddiasını qoruyur.

komandaları yoluna davam edən İtaliya 7 klubu kuboklar üçün mübarizə aparır. Yalnız üç ölkə - İtaliya, İngiltərə və Fransa hər üç turnirdə kuboka iddiasını qoruyur.

 

yer

Ölkələr

ÇL

AL

KL

Cəmi

1

İspaniya

4

1

0

5

2

İtaliya

3

3

1

7

3

Almaniya

3

2

0

5

4

İngiltərə

2

3

1

6

5

Portuqaliya

1

2

0

3

6

Fransa

1

1

1

3

7

Niderland

1

0

1

2

8

Danimarka

1

0

0

1

9

Çexiya

0

2

1

3

10-11

Şotlandiya

0

1

0

1

 

Azərbaycan

0

1

0

1

12-14

Belçika

0

0

2

2

 

İsrail

0

0

2

2

 

Yunanıstan

0

0

2

2

15-19

Türkiyə

0

0

1

1

 

İsveçrə

0

0

1

1

 

Avstriya

0

0

1

1

 

Norveç

0

0

1

1

 

Xorvatiya

0

0

1

1

Milli.Az


Etiketlər:  Azərbaycan Avropanın 11də CƏDVƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ