Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 10:26
ABŞ Hərbi Hava Qüvvələrinin pilotu ABŞ-ın Fələstində yürütdüyü siyasətə görə İsrailin Vaşinqtondakı səfirliyi qarşısında "Fələstinə azadlıq" qışqıraraq özünü yandırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bununla bağlı SHOT Teleqram kanalı məlumat yayıb.
Pilot həmin anları "Tviç" ( Twitch) video platformasındakı səhifəsində canlı paylaşıb. O, İsraildən soyqırımı dayandırmağı tələb edib. Səfirliyin əməkdaşları ona mane olaraq yanğını söndürməyə çalışsalar da, pilot ciddi xəsarət alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat icazəsi üçün Nazirlər Kabinetinə müraciəti ilə eyni vaxtda baş verib.
Pilotun adı açıqlanmayıb.