Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir

UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir

Tarix: 26 Fevral 2024 17:36

UFC döyüşçüsü Den Xuker Azərbaycan təmsilçisi Rafael Fiziyevlə qarşılaşmaq istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Sky Sports"a açıqlamasında yeni zelandiyalı idmançı deyib.

34 yaşlı döyüşçü özündən 6 yaş böyük olan həmkarına "meydan oxuyub": "Heç kim Fiziyevlə döyüşmək istəmir. Amma mən ona qarşı çıxmağa hazıram. Renato Moikano kimi başqa maraqlı iddiaçılar da var. Fiziyevlə döyüş maraqlı olar".

Qeyd edək ki, hazırda UFC yüngül çəki reytinqində Rafael Fiziyev 8-ci, Den Xuker isə 10-cu sıradadır.

Milli.Az


Etiketlər:  UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir


RƏYLƏR