Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz futbolçunun xanımı ağladı: Ərəbistanda onu nələr şoka salıb? - FOTOlar

Ulduz futbolçunun xanımı ağladı: Ərəbistanda onu nələr şoka salıb? - FOTOlar

Tarix: 28 Fevral 2024 06:06

"Əl-Hilal"ın futbolçusu Riyad Mahrezin həyat yoldaşı, britaniyalı model Teylor Uard Səudiyyə Ərəbistanına köçdükdən sonra üzləşdikləri çətinliklərdən şikayətlənib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Mançesterli xanımın Səudiyyə Ərəbistanında yaşamağı sevməməsi beş məşhur futbolçunun şəxsi həyatlarınının pərdəarxasını göstərən "Married To The Game" realiti şousunun yayımlanmasından sonra məlum olub.

Uord Ciddəyə köçəndə mədəniyyət şoku yaşadığını etiraf edib: "Çox çətindir. Elə vaxtlar olur ki, artıq bacarmıram. O qədər də xoşuma gəlmir. Yalan deməyəcəyəm, dünən şoka düşdüm. Otelə zəng edib soruşdum ki, uşaqla gəlirəm, hovuza getmək üçün necə geyinmək lazım olduğunu deyin. Bilirəm ki, bura daha mühafizəkar ölkədir. Müəyyən tərzdə geyinmək lazımdır, ona görə də aydınlaşdırmaq qərarına gəldim. Onlar dedilər ki, "yox, bağışlayın, bu ancaq kişi hovuzudur".

Bundan əlavə, ingilis xanım Səudiyyə Ərəbistanında spirtin qadağan olunduğunu bilmirmiş. Bu da onun üçün problemə çevrilib. Riyada başına gələnləri danışan Teylor ağlını itirdiyini bildirib və göz yaşlarına boğulub: "Mən evdə tək oturacağam. Bu, oyunun bir hissəsidir, elə deyilmi"?

Mahrez "Əl Əhli"də həftədə təxminən 800 min funt sterlinq qazanır. Bu, əlcəzairlinin "Mançester Siti"dəki maaşından 3 dəfə çoxdur. Teylorun hansı səbəbdən Səudiyyə Ərəbistanına gəlməyə razı olması artıq gizli və təəccüblü deyil.

Xatırladaq ki, Mahrez ötən yay "Mançester Siti"dən Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna 35 milyon avroya keçmişdi.


Etiketlər:  Ulduz futbolçunun xanımı ağladı Ərəbistanda nələr şoka salıb FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ