Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 12:35
Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrına yollanıblar.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:
"Bu video Hüsynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər teatrında işləmiş aktyor və aktrisalara həsr olunur. Allah dünyasın dəyişənlərə rəhmət eləsin.
Aktyorlar evinədə tamaşaya dəvət olunmuşuq. Ayşadla burada cavanlığımız keçib, gözəl rollar oynamışıq. Qrim otağımızda odun sobası yanırdı. Kartofu orada bişirib yeyirdik. Yoxumuz idi, nə edək. Yaxşı vaxtlar idi. Heyif... Heyif Hüseynağa müəllimdən. Artıq o və gözəl tamaşalar yoxdur. Rəhmətə getdi və bizi yetim qoydu".