Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Növbəti "quş"u buraxıb. Elə səhv olar?"

Tarix: 28 Fevral 2024 18:20

Şairə Nazilə Səfərli növbəti dəfə məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, "Xəzər axşamı" proqramında danışıb. Nazilə Fatimənin üzr istəməyəcəyini deməsinə münasibət bildirib:

"Ona cavabı qanun verib də. Xahiş edirəm, göstərməyin, bayram axşamıdır. Mən niyə özümü əsəbləşdirim? Onda niyə vəkil tutub, məhkəməyə müraciət edirdim. Bir insanın ki, cavabını qanun verib. Məhkəməni qazanmışam, ağa Nəzərəm, belə gəzərəm. Nə qədər ödəyəcəyini o və qanun bilər. O da bir anadır, ailə başçısıdır. Mən kimisə aşağılamıram. Nə də onu udmaqla, demirəm ki, böyük uğurdur. Böyük uğur erməni üzərindədir. Qanunla mənə borcludur. Ödəmirsə, qanuna hörmətsizlikdir. Ya da üzr istəməlidirsə, neçə aydır niyə istəmir? Qanun hara baxır? Belə çıxır ki, qanun işləmir? Bunu demək istəyir? Onda üzr istəməldiir. Növbəti "quş"u buraxıb. Elə səhv olar?".

Milli.Az


Etiketlər:  Növbəti quşu buraxıb Elə səhv olar


RƏYLƏR