Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 16:30
"Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsini üçüncü yerdə bitirən Elman Abışov deyib.
O bildirib ki, bu qədər uzaq məsafəyə ilk dəfə qaçıb: "Çətinlik olsa da, qürurverici hissdir. Çox sevincliyəm".
Qeyd edək ki, ilk mərhələ Yevlaxda başa çatıb. İştirakçılar 83 km məsafəni qət ediblər.
Martın 4-dək davam edəcək yarışda idmançılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. Onlar növbəti günlərdə Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, paytaxta çatacaqlar.