Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Liverpul” əsas qapıçısız qaldı

“Liverpul” əsas qapıçısız qaldı

Tarix: 2 Mart 2024 09:54

"Liverpul"un əsas qapıçısı Alisson Bekerin zədəsinin ciddi olduğunu ortaya çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "qırmızılar"ın baş məşqçisi Yürgen Klopp söyləyib.

"Bizdə onun heç bir geri dönüş tarixi yoxdur, bu, ciddi əzələ zədəsidir. Qısamüddətli deyil. Bu, ciddi zədədir, lakin o bu mövsüm hələ oynayacaq", - almaniyalı çalışdırıcı şərh verib.

Nəşrin yazdığına görə, Mersisayd təmsilçisinin 31 yaşlı futbolçusu azı 6 oyun buraxacaq. Bunların arasında "Mançester Siti"yə qarşı Premyer Liqa matçı, "Mançester Yunayted"lə İngiltərə Liqa Kubokunun 1/4 finalı, habelə Avropa Liqasının 1/8 final oyunları da mövcuddur.

Hazırda "qırmızılar"ın qapısını irlandiyalı Kuivin Kelleher qoruyur. 25 yaşlı qapıçı son oyunlarında, o cümlədən "Çelsi"yə qarşı final matçındakı uğurlu çıxışı ilə braziliyalı kiperin yoxluğunu unutdura bilib.

Milli.Az


Etiketlər:  Liverpul əsas qapıçısız qaldı


RƏYLƏR