Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmircanda evdə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Əmircanda evdə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Tarix: 2 Mart 2024 16:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sonxeber.net xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olmuş və 2017-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.


Etiketlər:  Əmircanda evdə köməksiz qalan uşaq belə xilas edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ