Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə Rusiya nömrəli avtomobillər MÜSADİRƏ OLUNACAQ

Bu ölkədə Rusiya nömrəli avtomobillər MÜSADİRƏ OLUNACAQ

Tarix: 2 Mart 2024 22:40

Litva Rusiya qeydiyyat nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

Bu barədə Publika.az yerli KİV-ə istinadla xəbər verir.

Respublikanın gömrüyü 2024-cü il martın 11-dək Rusiya dövlət nömrə nişanlı bütün avtomobillərin ölkəni və Avropa İttifaqının bütün ərazisini tərk etməsini tələb edir.

"Litva gömrüyünə görə, Litvada hələ də Rusiyada qeydiyyatda olan maşın sürən insanlar var. Martın 11-dək onlar ya nəqliyyat vasitələrini Litvada qeydiyyatdan keçirməlidirlər, ya da Aİ-ni tərk etməlidirlər", - deyə məlumatda bildirilir.

Avtomobilinin dövlət nömrə nişanı Rusiyada qeydiyyatda olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi ilə cəzalandırılacaq. Maddə cərimə və avtomobilin müsadirə edilməsini nəzərdə tutur.

Qadağa Kalininqrad vilayətinə və oradan tranzitlə hərəkət edən avtomobillərdən yan keçəcək. Belə avtomobillər ölkəyə yalnız sahibləri ilə buraxılacaq və onlar ölkədə yalnız 24 saat qala biləcəklər.

Milli.Az


Etiketlər:  Bu ölkədə Rusiya nömrəli avtomobillər MÜSADİRƏ OLUNACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ