Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 00:14
ABŞ Prezidenti Co Bayden amerikalı seçicilərin dəstəyi baxımından həm Donald Trampdan, həm də BMT-nin keçmiş səfiri Nikki Heylidən geri qalır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu nəticələr "Nyu York Tayms" və Siena Kollecinin keçirdiyi sorğuya əsasən müəyyən edilib.
Məlumata görə, respondentlərin 48%-i Trampı, 43%-i Baydeni dəstəkləyəcəyini bildirib.
Bayden və Heyli arasında seçim edərkən sorğu iştirakçılarının 45%-i Heylini, 35%-i isə Baydeni seçib.
Sorğu həmçinin müəyyən edib ki, amerikalıların yalnız 24%-i ABŞ-ın düzgün istiqamətdə getdiyinə inanır, 65%-i hazırkı administrasiyanın siyasətini bəyənmir, 11%-i isə bilmədiklərini deyib və ya cavab verməkdən imtina edib.