Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"O olmasın, bu olsun" tamaşası keçirilib - FOTO

Tarix: 8 Mart 2024 18:33

Martın 6-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunub.

Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmışdır.  Tamaşanın premyerası  25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutmuşdur. 2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət etmiş, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil etmişdir.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda Teatrın bir çox aparıcı solistləri -  Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər  Ramil Qasımov (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Günel Hacıyeva (Gülnaz), Fəhmin Əhmədli (Həsən bəy),  Xalıq Bəkirov (Hambal) və b. çıxış ediblər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.

Milli.Az


Etiketlər:  O olmasın bu olsun tamaşası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ