Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Tarix: 17 Noyabr 2019 03:52

Bakı. Trend:

Ermənistanda yaşlı bir qadın və dörd uşaq dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, hadisə Yerevandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib:

"Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb".

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ermənistanda nəfər dəm qazından zəhərlənərək ölüb


RƏYLƏR