Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Diplomata ərə gedən Kəmalə: “Oğlumu qəyyumluğa verəcəm” – VİDEO

Diplomata ərə gedən Kəmalə: “Oğlumu qəyyumluğa verəcəm” – VİDEO

Tarix: 12 Mart 2024 10:25

Müğənni Kəmalə Qaramollayeva "Ay Zaur" verilişini evində qonaq edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi ikinci dəfə qurduğu ailəsindən söz açıb. 

Kəmalə bildirib ki, oğlu David tezliklə xarici ölkəyə köçəcək: 

"Bu evi mən 2-3 il olar ki, almışam. Özüm təmir edib, dizayn vermişəm. Ev işləri ilə bağlı köməkçim var. Amma yeməyi özüm hazırlayıram. Oğlum David məktəbdə rus bölməsində oxuyur. Yeganə övladımdır. Mən 20 il əvvəl bu sənətə gəlmişəm və müəyyən fasilələr vermişəm. Ailə qurdum və 7 il sənətə fasilə verdim.

Sonra uşağım olmadı, 5 il sənətdən uzaqlaşdım. Deyim ki, bu sənətdə çox çalışmışam, layihələr etmişəm, xeyr. Amma öz potensialımı bildiyim üçün bunları edə bilərdim. Mən sənədlər hazırlayıb oğlumla birgə xarici ölkəyə köçəcəkdim, amma prodüserim Vasif bəy icazə vermədi. İsveçrədə yaşamaq arzum olub. İndi yalnız 6 yaşlı oğlum David xaricə köçəcək. Mənim 90 faiz qohumlarım xaricdə yaşayır.

Orada qanunlar çox güclüdür və qəyyumluq məsələləri var. Orada hansısa bir ailə ilə danışırsan, uşağı səndən qəyyumluq vasitəsi ilə götürürlər və dövlət tam olaraq maddi baxımından təmin edir. Ailəyə də bu çox sərf edir. Oğlum Davidi də qəyyumluğa verəcəyəm. Amma özüm gedib ona baş çəkəcəyəm. David biraz böyüdükdən sonra, sənədlər hazırlandıqdan və məktəb tapıldıqdan sonra bu işləri görəcəyəm. May ayından sənədlərin cavabı gələcək. Onda hər şey bəlli olacaq". 

İkinci dəfə ərə getdiyini açıqlayan Qaramollayeva vurğulayıb ki, onun həyat yoldaşı Teymur Quliyev adlı şəxs diplomatdır: 

"Mən iki dəfə ailə qurmuşam. Birinci ailəm bir il əvvəl dağıldı. David birinci həyət yoldaşımdan dünyaya gəlib. Sonra mən ikinci dəfə ailə qurdum. Həyat yoldaşım mənim bu evimdə deyil, özünün şəxsi mənzilində yaşayır. Mənim subyektiv fikrim odur ki, heç zaman ailə qurduğum kişini öz evimə gətirmərəm. Mən özüm də onun evində yaşayıram. Bu ev isə oğlum Davidə məxsusdur.
Bir sözlə, mən və oğlum bu evdə tam yaşamırıq. Bura gəlib-gedirik. Mən həyat yoldaşımla birgə yaşayıram. İkinci ərim bir dəfə ailəli olub boşanıb. O əsasən xaricdə yaşayır. Onun birinci ailəsindən övladları var. Onlar da xarici ölkədə yaşayırlar. Ərim diplomatdır. O, işi ilə bağlı tez-tez xarici ölkələrə gedir. Ona görə də həyat yoldaşım xaricdə olan zamanı mən oğlumla burada qalıram". 

Milli.Az


Etiketlər:  Diplomata ərə gedən Kəmalə Oğlumu qəyyumluğa verəcəm VİDEO


RƏYLƏR