Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi boksçu vəfat etdi

Əfsanəvi boksçu vəfat etdi

Tarix: 12 Mart 2024 14:14

Əfsanəvi kubalı boksçu Emilio Korrea Vaillant 71 yaşında dünyasını dəyişib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, olimpiya, dünya və Panamerika çempionu olan boksçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Teofilo Stevenson və Orlando Martinez ilə birlikdə Kuba boksunun əfsanəvi üçlüyündən biri olan Vaillant 1972 Münhen Olimpiadasında ölkəsinə qızıl medal gətirib.

Boksçunun ölümü ölkəni yasa boğub.

Məlumata görə, 1952-ci ildə Santyaqo de Kubada anadan olan Vaillant xüsusilə güclü sol əli ilə seçilirdi.

Milli.Az


Etiketlər:  Əfsanəvi boksçu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ