Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldodan TARİXİ NƏTİCƏ

Ronaldodan TARİXİ NƏTİCƏ

Tarix: 13 Mart 2024 12:36

Kriştiano Ronaldo daha bir unikal nailiyyətə imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu İFFHS açıqlayıb.

Portuqaliya ulduz futbolçu karyerasında 800-cü oyunda qələbə sevinci yaşayıb. Bu, Asiya Çempionlar Liqasının 1/4 finalına təsadüf edib. Ronaldolu "Əl-Nəsr" "Əl-Əyn"lə cavab görüşündə 4:3 hesabı ilə qalib gəlib. Onun komandası penaltilər seriyasında uduzaraq mübarizəni dayandırsa da, bu matç Kriştianonun tarixi nailiyyəti ilə yadda qalıb.

Ronaldo futbol tarixinə 800 qələbə qazanan ilk oyunçu kimi düşüb. O, klub karyerasında 675, millidə 125 dəfə matçı qalib tərəfdə bitirib. O, "Sportinq"lə 13, "Real"la 316, "Yuventus"la 91, "Mançester Yunayted"lə 214, "Əl-Nəsr"lə 41 dəfə qələbə sevinci yaşayıb.

Milli.Az


Etiketlər:  Ronaldodan TARİXİ NƏTİCƏ


RƏYLƏR